XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 22:37

Ötən il Türkiyə aeroportlarından 82 milyonadək sərnişin istifadə edib- Rəqəmlər

Ötən il Türkiyənin hava limanlarından ümumilikdə 81 milyon 657 min 70 sərnişin istifadə edib.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dövlət Hava Meydanları İdarəsindən bildirilib.

Məlumata əsasən, 2020-ci ildə Türkiyə aeroportlarından ümumilikdə 1 milyon 57 min 247 reys həyata keçirilib və 2 milyon 403 min 959 ton yük daşınıb.

Türkiyənin yeni istifadəyə verilən İstanbul hava limanında ötən il ərzində 185 min 642 təyyarə hərəkət edib ki, bu reyslərdən istifadə edən sərnişin sayı 23 milyon 409 min 132 nəfər olub.

Fəaliyyəti məhdudlaşdırılan Atatürk hava limanından isə keçən il 37 min 428 reys həyata keçirilib.