Böyük Britaniyada son sutka ərzində 52 618 nəfər koronavirusa yoluxub.
Bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.
Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 889 419 nəfərə çatıb.
Son sutka ərzində 1162 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 78 508 nəfərə çatıb/APA.