XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 23:11

Demokratların lideri vitse-prezidenti Trampı vəzifəsindən uzaqlaşdırmağa çağırdı:"Bu, ən sürətli və ən təsirli yoldur"

Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün konstitusiyanın 25-ci düzəlişdən istifadə etməyə çağırıb.

“RİA Novosti”  xəbər verir ki, bu barədə Çak Şumer tvitterdə yazıb.

“Bu prezidentin vəzifəsindən kənarlaşdırılması üçün ən sürətli və ən təsirli yoldur və bu gün edilə bilər. Əgər vitse-prezident dərhal 25-ci düzəlişə başlasa”, – o, tvitter hesabında yazıb.

Onun sözlərinə görə, əgər Pens bunu etməkdən imtina edərsə, Konqres Trampa qarşı impiçment elan etməlidir.