XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 09:11

Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir –FOTO

ABŞ-da etirazlar dalğası böyüyür.

Paytaxt Vaşinqtonda yaşananlara cavab olaraq Nyu-York şəhərində bir qrup nümayişçi Tayms Meydanından Tramp otelinə doğru hərəkət edərək etiraz aksiyası keçiriblər.

“Tramp günahkardır”, “Trampı Ağ Evdən qovun” şüarları səsləndirən nümayişçilər iki həftədən az müddətdə vəzifəsini tərk etməsi gözlənilən preziden Donald Trampı istefaya səsləyiblər.

Nümayişçi qrupa Nyu-York polisi müdaxilə edib. Polisə məhəl qoymayan nümayişiçlərdən bir neçəsi həbs olunub. Nyu-York polisi gözlənilən aksiyaların qarşısını almaq üçün Tayms Meydanına çıxan mərkəzi yolları bağlayıb. (report)