XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 11:34

Ermənistanda koronavirus:ölənlərin sayı 2 908 nəfərə çatıb

Ermənistanda indiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 161 415 nəfərə çatıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, son sutka ərzində Ermənistanda koronavirusa 361 yeni yoluxma qeydə alınıb.

Son sutka ərzində 7 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin sayı 2 908 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 147 961 nəfərdir. (apa)