XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 14:34

İranın ali rəhbəri ABŞ və Britaniya vaksinlərinin alınmasını qadağan edib –“Onlara inam yoxdur"

“Böyük Britaniya və ABŞ vaksinlərinin ölkəyə idxalı qadağandır. Amerikalılar vaksin hazırlaya bilsəydi, koronavirusla bağlı vəziyyət belə biabırçı olmazdı”.

Bunu İranın ali rəhbəriƏli Xamenei dövlət televiziyasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, nə Fransanın, nə Böyük Britaniyanın vaksinləri güvənlidir: “Onlara inam yoxdur. Bəzi hallarda onlar öz vaksinlərini başqaları üzərində sınamaq istəyirlər”.

Bununla belə, İran Rusiya istehsalı “Sputnik V” vaksinini əldə etmək üçün qarşı tərəflə danışıqlar aparır.

Qeyd edək ki, hazırda İran COVID-19-a qarşı öz vaksinini istehsal edir. Vaksinin cari ilin yaz aylarında hazır olacağı gözlənilir. “Kovo-İran” preparatının artıq könüllülər üzərində sınaqdan keçirildiyi də açıqlanıb.