XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 19:37

“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” –Ərdoğan

“ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti heyrətləndirib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır. Toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan yanvarın 20-də hazırkı Prezident Donald Trampın vəzifəsini qanun çərçivəsində yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyinə ümid etdiyini qeyd edib. (apa)