XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 17:08

Yer kürəsinin temperaturu 2016-cı ilin rekordunu təkrarlayıb

2020-ci ildə Yer kürəsindəki orta istilik əvvəllər rekord hədd hesab edilən 2016-cı ilin göstəricisinə çatıb.

Bu barədə “Copernicus Climate Change Service”in (C3S) bəyanatında deyilir.

Bəyanatda həmçinin 2011-2020-ci illər aralığındakı dekadanın ən isti onillik olduğu vurğulanıb.

Bundan əlavə, meteoroloqlar 2020-ci ilin Avropada ən isti il ​​olduğunu qeyd ediblər. 2020-ci il buna qədər ən isti il ​​kimi bilinən 2019-ci ildən 0,4 dərəcə daha isti keçib.

Qeyd edək ki, C3S Avropa İttifaqının himayəsi altında Kopernik Yer Müşahidəsi Proqramı (Copernicus Earth Observation Programme) tərəfindən təqdim olunan altı tematik məlumat xidmətindən biridir. “Kopernik” Avropada və digər ölkələrdə mövcud tədqiqat infrastrukturu və məlumatları üzərində qurulmuş əməliyyat proqramıdır. C3S Ümumdünya İqlim Tədqiqatları Proqramı (WCRP) tərəfindən aparılan iqlim tədqiqatlarına əsaslanır. (report)