XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 21:07

Rusiyada təyyarə yerə çırpılıb, üç nəfər həlak olub- FOTO

Rusiyanın Leninqrad vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, “Piper” təyyarəsi vilayətin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında yerə çırpılıb.

Bu gün günorta saatlarında Qostilitsa aerodromundan havaya qalxan təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mi-8 vertolyotu ilə xilasedicilər cəlb olunub.

Ölənlərdən ikisi kişi, biri qadınadır. Yerə çırpılan təyyarə tamamilə dağılıb. Qəzaya uçuş qaydalarının pozulmasının və texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.

O da bildirilib ki, təyyarə özəl olub. Aerodromun ərazisində təlim məşq uşularının keçirildiyi də xəbər verilir.