XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 21:29

Mövlud Çavuşoğlu Brüsselə səfər edəcək- Bu tarixdə

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsselə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə M.Çavuşoğlu ispaniyalı həmkarı Arança Qonzalez Laya ilə Madriddə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, yanvarın 21-də Brüsselə baş tutacaq səfəri çərçivəsində Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşəcək.