XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 22:34

Britaniya və Fransa “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib

Böyük Britaniya və Fransa “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib.

“Sky News”un verdiyi xəbərə görə, “Moderna” peyvəndi Britaniyada istifadəsinə icazə verilən üçüncü peyvənddir.

Britaniya hökuməti əlavə olaraq bu peyvənddən 10 milyon doza sifariş edib. Daha öncə Britaniya 7 milyon doza sifariş etmişdi. Növbəti dozanın isə martadək Britaniyaya çatdırılacağı gözlənilir.

Fransanın Dərmanlara Nəzarət Agentliyi də “Moderna”nın istifadəsini təsdiqləyib. Bildirilib ki, qarşıdakı günlərdə “Moderna” peyvəndinin ilk dozası Fransaya gətiriləcək.

Qeyd edək ki, “Moderna” peyvəndi klinik sınaqlarda 94 faiz effektivlik göstərib. (apa)