XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 15:57

Almaniyada uşaqların durumu ürəkaçan deyil

Almaniyada uşaqlara qarşı zorakılıq hadisələri əvvəlki ilə nisbətən artıb.

Polis qeydlərinə əsaslanan rəsmi məlumatlara görə, Almaniyada 2014-ci ildə 4 min 204 uşaq kobud və pis rəftarla üzləşib. 108 uşaq zorakılığa məruz qalaraq həyatını itirib, 81 uşaq ölümdən təsadüfən qurtulub

Gündə 40 uşaq cinsi istismarın qurbanı

“Focus” jurnalının “Almaniya Uşaqlara Kömək Dərnəyi” və “Federal Kriminal Dairəsi” tərəfindən hazırlanan hesabatına istinadən verdiyi xəbərə görə, 2013-ci illə müqayisədə 5 faiz artan uşaq zorakılığı daha çox körpələrə tətbiq olunur. Kobud rəftarla üzləşən uşaqların yarısı 6 yaşdan balacadır. Almaniyada gündə, təxminən, 40 uşaq cinsi istismara məruz qalır. Uşaqlara qarşı zorakılığı araşdıran “Innocence in Danger” dərnəyinin bildirdiyinə görə, cinsi istismar qeydə alınandan çox daha yüksəkdir. “Bild” qəzetinə açıqlama verən dərnək rəhbəri Julia von Weilerin fikrincə, cinsi istismar rəsmi rəqəmlərdən 20 qat çoxdur. Weiler, Almaniyada ildə 240 min civarında uşağın cinsi istismara məruz qaldığını bildirir.

Ağlasığmaz zorakılıq üsulları

Almaniyada uşaqlara qarşı zorakılıq hərəkətləri də olduqca qorxuncdur. Bunlar arasında ac buraxılmaq, dişlənmək, bədənlərində siqaret söndürülmək, ya da qızmar yerdə oturdulmaq kimi üsullar var.