XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

09 Yanvar 2021 - 00:10

Rusiyada qar uçqunu olub:5 ev qarın altında qalıb

Rusiyanın Norilsk şəhərində yerləşən “Qorı Otdelnaya” dağ xizəkçilik kompleksində Moskva vaxtı ilə təxminən 20:30-da qar uçqunu baş verib.  

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kompleksin ərazisində içərisində insanların olduğu beş ev qar uçqunun altında qalıb.

Sibir Regional axtarış və xilasetmə dəstəsinin qüvvələri əraziyə 50 canlı qüvvə və 3 texnika göndərib. Hazırda uçqun altında qalan insanların sayı dəqiqləşdirilir.

FHN-in Krasnoyarsk Regional Bölgəsinin mətbuat xidmətinin rəhbəri Alena Aliksişina ilkin məlumat kimi qeyd edib ki, evlərdən birində insanların olması ehtimal edilir. (apa)