XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2021 - 18:08

Ruhani:"İnsanlarımız peyvənd istehsal edən şirkətlər üçün test cihazı olmayacaq"

Xarici şirkətlər artıq koronavirusa qarşı peyvəndlərini İran vətəndaşları üzərində test edə bilməyəcəklər.

Bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

“Xarici şirkətlər İran xalqı üzərində test etmək üçün bizə peyvənd vermək istəyirdi. Ancaq ölkənin Səhiyyə Nazirliyi bunun qarşısını aldı. İnsanlarımız peyvənd istehsal edən şirkətlər üçün test cihazı olmayacaqlar”, – “Reuters” Ruhanidən sitat gətirib.

Agentlik prezidentin peyvəndləri qadağan olunan şirkətlərin adını çəkmədiyini də əlavə edib.

Xatırladaq ki, daha əvvəl İranın ali rəhbəri ayətullah Əli Xamenei ABŞ və Böyük Britaniya vaksinlərinin ölkəyə idxalına qadağa qoyulduğunu elan edib/Report.