XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2021 - 19:05

Almaniyada karantin müddəti uzadılır

Almaniyanın bir sıra federal əyalətləri sərt karantin rejiminin uzadılması barədə qəti qərar qəbul edib.

Almaniya Federasiyasının mərkəzi və tərkib hissələri arasında illik müşavirənin yekunlarına əsasən, karantin müddətinin uzadılıb-uzadılmaması, karantinin sərtləşdirilməsi, yoxsa əksinə, yüngülləşdirilməsi barədə qərarın verilməsi əyalətlərin ixtiyarına buraxılıb. Məsələn, Saksoniyada yerli əyalət hökuməti karantin müddətinin fevralın 7-dək uzadılması barədə dünən qərar qəbul edib. Ölkənin almanlar tərəfindən “Azad dövlət” adlandırılan bu hissəsində sakinlər arasında kontakt zamanı əlavə məhdudiyyətlər tətbiq edilə bilər. Bu qaydalar epidemioloji vəziyyətin pisləşməsi barədə həyəcanlı məlumatlar araya çıxandan sonra koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib(azərtac).