XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

09 Yanvar 2021 - 19:56

İranda COVID-19-a qarşı yalnız milli istehsal olan peyvəndlərdən istifadə olunacaq- Rəsmi

Yanvarın 9-na olan məlumata görə İranda 5 min 924 nəfər koronavirusa yoluxub, 82 nəfər isə bu virusdan ölüb.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 280 min 438 nəfər, ölənlərin sayı isə 56 min 100-ə çatıb.

Virusa yoluxaraq xüsusi xəstəxanalarda müalicə alan 4 min 686 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 1 milyon 67 min 466 nəfər müalicə alaraq sağalıb.

Qeyd edək ki, İranın Ali Rəhbəri xaricdə istehsal olunan peyvəndlərin ölkəyə gətirilməsi və testdən keçirilməsini qadağan edib. İranda yalnız milli istehsal olan peyvəndlərdən istifadə olunacaq(azərtac).