XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2021 - 23:10

Britaniyada koronavirusdan ölənlərin sayı 80 mini keçib

Böyük Britaniyada son sutka ərzində 59 937 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 017 409 nəfərə çatıb.

Son sutka ərzində 1035 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 80 868 nəfərə çatıb.