“Putin dəli deyil, o, yaxşı oyunçudur” – General təhlükədən xəbər verdi

“NATO Rusiyanın atom silahından istifadə edəcəyindən narahatdır”.
Bu açıqlama ilə NATO generalı Hans-Lotar Domreze çıxış edib. Onun sözlərinə görə, Putin dəli deyil, o, sadəcə yaxşı oyunçudur:
“Bu, çox təhlükəli oyun ola bilər. Rusiya prezidenti situasiyanı düzgün dəyərləndirməyi bacarır. Biz atom silahının tətbiq edilməsindən narahatıq. Rusiya isə bu silahdan istifadə edəcəyini istisna etmir. NATO-da heç kim savaş istəmir, amma olsa, biz öz müttəfiqlərimizi qoruyacağıq. ümid edirəm ki, Putin bunu anlayır”(Axar.az).