XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 10:40

Roma Papası koronavirus əleyhinə peyvənd olunacaq

Roma Papası Fransisk gələn həftə koronavirus əleyhinə peyvənd ediləcək.

Məlumata görə, Papa peyvənd edilməyin zəruriliyini bildirib. O, qeyd edib ki, bu, etik nöqteyi-nəzərdən lazımdır. Çünki belə insan yalnız özünü müdafiə etmir, həm də başqasını qoruyur.

“Gələn həftə biz burada – Vatikanda vaksinləməyə başlayacağıq və mən yer saxladım. Belə etmək lazımdır”, – pontifik deyib.

Pandemiyanın başlanğıcından dünyada 89 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 64 milyon pasiyent sağalıb, 1,9 milyondan çox insan ölüb. /Report