XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 17:11

Çində koronavirus yenidən yayılmağa başlayıb –Hebey vilayətindən həyəcanlı xəbərlər gəlir

Bir neçə aylıq fasilədən sonra Çində koronavirus yenidən yayılmağa başlayıb. Səhiyyə orqanları paytaxt Pekin yaxınlığındakı Hebey vilayətində onlarla şəxsin testinin pozitiv çıxdığını bildirir.

Bir il öncə – yanvarın 11-də Vuhan şəhərində COVID-19-dan ilk ölüm qeydə alınmışdı. O zaman ölkə mediası 61 yaşlı kişinin naməlum virusdan öldüyünü yazırdı.

Həmin şəxs Vuhanda heyvan bazarında olmuşdu. Virusun ilk dəfə məhz həmin bazarda naməlum şəraitdə yayıldığı bildirilir. Ötən ilin əvvəlində Vuhanda görünməmiş karantin tətbiq olundu və virusun kökünün kəsildiyi açıqlandı.

Koronavirus indiyədək dünyada 1.9 milyona nəfərin həyatına son qoyub, ümumilikdə azı 90 milyon yoluxma aşkarlanıb. Ancaq real yoluxma və ölü sayının daha yüksək olduğu düşünülür.

Çin virusa ilkin reaksiyasına, bu haqda məlumat verənləri susdurmaq cəhdlərinə görə tənqid olunurdu. Ancaq o vaxtdan ölkə virusun qarşısını əsasən ala bilib, bir çox ölkələr isə hələ də yoluxma dalğaları ilə mübarizə aparır. Hebey vilayətində son yoluxmalar isə son beş ayda ən ciddi yayılma sayılır. İki şəhərdə karantin tətbiq olunub, avtomobillərin şəhərlərdən çıxması yasaqlanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 10-da aşkarlanan 85 yoluxmanın 82-si Hebeyin payına düşür.

Son səkkiz gündə bu vilayətdə 265 yoluxma, azı 181 simptomsuz hal qeydə alınıb. Çində testi pozitiv çıxan, ancaq simptomları olmayanlar rəsmi statistikaya salınmır. Səhiyyə rəsmiləri yüzmilyonlarla insana xəbərdarlıq edib ki, gələn ay Çin Yeni il bayramında ailə və dostlarını ziyarət etməsinlər.

Avropada, Şimali Amerikada və digər ölkələrdə isə qadağalara, karantinlərə baxmayaraq, Milad və Yeni il bayramlarından sonra yoluxmalarda kəskin artım yaşanır. (azadliq.org)