XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 16:28

“ÜST COVID-19-un mənşəyinin araşdırılmasında Çinlə əməkdaşlığa ümid edir” –Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun mənşəyini araşdırmaq üçün Çinə səfəri planlaşdırılan nümayəndə heyətinin ölkəyə buraxılması qərarını alqışlayıb.

Bu barədə ÜST-ün baş direktoru “Twitter”də bildirib.

“Biz COVID-19 pandemiyasına səbəb olan virusun mənşəyini araşdıracaq beynəlxalq nümayəndə heyəti ilə bağlı Çinin açıqlamasını alqışlayırıq. Virusun mənbəyini və onun insanlara keçməsi yolunu müəyyənləşdirəcək bu vacib missiyada çinli tərəfdaşlarımızla yaxından çalışmağı səbirsizliklə gözləyirik”, – deyə T. A. Qebreyesus qeyd edib. 

Xatırladaq ki, Çin hökuməti yanvarın 14-də tədqiqatçılardan ibarət heyətin ölkəyə girişinə icazə veriləcəyini bildirib. (apa)