XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 15:28

Adnan Oktar 1075 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə A. Oktar 1075 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan A. Oktar 2019-cu ildə həbs olunub. Dini təriqət lideri olan A. Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.