Husilər ABŞ-ın onu terror təşkilatı kimi tanıyacağı halda cavab addımları atacaqlarını bildiriblər.
Bunu husilərin Yəmən hökuməti ilə danışıqlardakı nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdüssalam deyib.
“Əgər bu mövqe ciddi nəzərdən keçirilməsə, bizə münasibətdə tədbirlər görülsə, biz də bir çox məsələdə amerikalılarla analoji formada davranacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Pompeo Husi qruplaşmasını (Ənsar Allah) terror təşkilatı siyahısına salacaqlarını açıqlayıb. (axar.az)