XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 17:43

Fransalı futbolçunun oyun vaxtı ürəyi dayandı

Fransanın “Bastiya” komandasının sabiq futbolçusu Kristofer Mabulu dünyasını dəyişib.

Klubun rəsmi saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ötən gün dostları ilə futbol oynayərkən qəflətən ürəyi dayanıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, peşəkar karyerasına Fransanın “Şatoru” komandasında başlamış Konqo əsilli oyunçu “Nansi” və “Evian” klublarının formasını geyinib. O, həmçinin Yunanıstan təmsilçisi “PAS Yannina”da da çıxış edib. (report)