XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 20:56

Britaniyada 2,4 milyona yaxın insan koronavirusa qarşı peyvənd olunub

Böyük Britaniyada 2,4 milyona yaxın insan koronavirusa qarşı peyvənd olunub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş nazir Boris Conson Birmingem şəhərində yeni açılan peyvənd mərkəzlərindən birini ziyarət edərkən deyib.

Qeyd edək ki, Britaniyada hazırda istifadə üçün təsdiqlənən üç peyvənd var. Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətlərinin birgə hazırladığı peyvənd Britaniyada istifadə edilməyə başlanan ilk peyvənd olub. Daha sonra Oksford Universiteti və “AstraZeneca” dərman şirkəti tərəfindən hazırlanan peyvəndin də istifadəsi təsdiqlənib. Ötən həftə isə “Moderna” peyvəndi Britaniyada istifadəsinə icazə verilən üçüncü peyvənd olub.

Xatırladaq ki, Britaniyada indiyədək 3 072 349 nəfər koronavirusa yoluxub, 81 431 nəfər xəstəlikdən həyatını itirib.