ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyası yenidən Kubanı Vaşinqtonun versiyası üzrə beynəlxalq terrorizmə dəstək verən dövlətlərin siyahısına salıb.
Bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeonun bəyanatında bildirilir.
“Dövlət Departamenti terrorçulara sığınacaq verərək beynəlxalq terror aktlarına dəfələrlə yardım etdiyinə görə Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etdi”, – sənəddə bildirilir.
“Bu hərəkətlə bir daha Kuba hökumətini məsuliyyətli olmağa çağıracağıq və açıq xəbərdarlıq göndərəcəyik: Kuba rejimi terrorizmə verdiyi dəstəyə və Amerika ədalətinə zərbə vurmağa son qoymalıdır”, – Maykl Pompeonun bəyanatında qeyd edilir.