XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 13:53

Mer əhalini Vaşinqtona səfər etməməyə çağırıb:"Andiçmə mərasimini onlayn izləyin"

ABŞ-ın paytaxtı Vaşinqtonun meri Müriel Bouzer qonşu Merilend və Virciniya ştatlarının qubernatorları ilə birlikdə ABŞ vətəndaşlarını yeni prezident Cozef Baydenin andiçmə mərasimi günü paytaxta səfər etməməyə, tədbiri onlayn izləməyə çağırıblar.

Bəyanat merin rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, yanvarın 20-də Vaşinqtonda təhlükəsizliyi təmin etmək məqsədilə adları çəkilən ştatların yerli hakimiyyətləri birgə fəaliyyət göstərəcək: “Prezidentin 59-cu andiçmə mərasiminin qeyri-adi şəraitdə keçməsi, o cümlədən ötən həftə baş verən qiyam və pandemiya ilə əlaqədar ölüm hallarının artmasına görə amerikalıları Vaşinqtona səfər etməməyə, tədbirə virtual qoşulmağa çağırırıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan fövqəladə vəziyyət elan edib/Report.