XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 16:01

Aİ rəsmisi:"“AstraZeneca”nın hazırladığı COVID-19 peyvəndinin effektivliyi qiymətləndiriləcək"

“AstraZeneca” hazırladığı COVID-19 peyvəndinin Avropa İttifaqında (Aİ) qeydə alınması üçün təşkilatın Dərmanlara Nəzarət Agentliyinə (EMA) müraciət edib.

Bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen “Twitter”də bildirib.

Avropa Komissiyasının prezidenti bunu yaxşı xəbər adlandırıb.

“Dərmanlara Nəzarət Agentliyi peyvəndin təhlükəsizliyini və effektivliyini qiymətləndirəcək. Peyvənd müsbət elmi rəy aldıqdan sonra biz onun Avropada istifadəsinin təşkili üçün tam sürətlə çalışacağıq”, – deyə Ursula von der Leyen qeyd edib/APA.