XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 22:09

Vladimir Zelenski və Mayya Sandu Prezident Şurası yaradılması barədə razılığa gəliblər

Ukrayna Prezidenti Vladimir Zelenski və Moldova Prezidenti Mayya Sandu Prezident Şurası yaradılması barədə razılığa gəliblər. Tərəflər bu Şura çərçivəsində ikitərəfli münasibətlərin genişlənməsi üçün strategiyanı formalaşdıracaqlar.

Bu barədə Vladimir Zelenski Moldova başçısı ilə birgə brifinqdə bəyan edib. Onun sözlərinə görə, ölkələr yüksək səviyyədə dialoqu bərpa etməyi və onu dinamikləşdirməyi planlaşdırırlar.

V.Zelenski deyib: “Bundan ötrü biz Prezident Şurasını yaratmaq barədə razılığa gəldik. Bu Şura çərçivəsində biz hər iki tərəf üçün gündəlikdə duran məsələlərin həlli strategiyasını formalaşdıracaq və fəaliyyətimizi əlaqələndirəcəyik”.

Ukrayna Prezidenti vurğulayıb ki, enerji, infrastruktur, nəqliyyat və tranzit sferaları iqtisadi əməkdaşlıq üçün prioritet sahələr olacaq.

Zelenski və Sandu, o cümlədən, Kiyev və Kişineunu birləşdirəcək müasir magistralın tikintisini müzakirə ediblər(azərtac).