XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2021 - 22:20

İlon Mask “Forbes” jurnalının reytinqində ilk mövqedəki yerini itirib

“SpaceX” və “Tesla” kompaniyalarının rəhbəri İlon Mask “Forbes” jurnalının “Dünyanın ən varlı insanları” reytinqindəki ilk mövqedəki yerini itirib.

Azərtac“Forbes” jurnalına istinadla xəbər verir ki, İlon Maskın varidatı gün ərzində 13,5 milyard dollar azalaraq 176,2 milyard dollara enib. O, reytinqdəki liderliyini kapitalı 182,1 milyard dollar həcmində qiymətləndirilən “Amazon” kompaniyasının banisi Ceff Bezosa ötürərək ikinci yerdə qərarlaşıb.

Bir gün öncə Amerikanın əsas fond indeksləri aşağı düşüb. Bununla yanaşı, “Tesla” kompaniyasının səhmlərinin qiyməti də 7,8 faiz azalaraq 811,19 dollara qədər ucuzlaşıb. Bu isə İlon Maskın əsas kapitalını təşkil edir.

“Forbes” reytinqinin üçüncü pilləsində “Louis Vuitton Moët Hennessy” kompaniyasının Prezidenti Bernar Arno qərarlaşıb (154,6 milyard dollar). Siyahıda dördüncü yeri tutan “Microsoft” kompaniyasının banisi Bill Qeytsin varidatı 121,4 milyard dollar, beşinci yerdə qərarlaşan “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberqin varidatı isə 94 milyard dollardır.

Eyni zamanda, “Bloomberg Billionaires Index” (BBI) İlon Maskın kapitalını 194 milyard dollar, Ceff Bezosun kapitalını isə 183 milyard dollar həcmində qiymətləndirir. Biznesmenlər BBI reytinqində müvafiq olaraq birinci və ikinci yerləri tuturlar.