XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 23:10

ABŞ-ın Avropa İttifaqından idxal olunan bəzi məhsullara yeni rüsumları qüvvəyə minib

Vaşinqton administrasiyasının Avropa İttifaqından idxal olunacaq bəzi məhsullara tətbiq etdiyi yeni rüsumlar yanvarın 12-si yerli vaxtla saat 00:01-də (Bakı vaxtı ilə 09:01) qüvvəyə minib.

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, nəticədə aviasiya sənayesində istifadə olunan və Fransa və Almaniyada istehsal edilən detalların idxalına 15 faizlik rüsum tətbiq olunacaq. ABŞ bundan öncə də Avropa İttifaqından idxal olunan təyyarələrə 15 faiz rüsum təyin etmişdi. Lakin bu tədbirlər “Airbus” korporasiyasının Birləşmiş Ştatların Alabama ştatındakı zavodda yığılan təyyarələrinə aid deyildi. Ehtiyat hissələrinə tətbiq olunacaq tariflər mahiyyət etibarilə “Airbus” kompaniyasının öz məhsullarını əlavə rüsum ödəmədən ABŞ-da satmaq imkanından məhrum edir.

Həmçinin Fransa və Almaniyada istehsal olunan bir sıra şərab, konyak və bəzi alkoqollu içki növlərinə də 25 faizlik əlavə rüsum tətbiq olunur.

Ağ ev administrasiyası hələ 2019-cu ildə Avropa İttifaqına “Airbus” işi üzrə ümumilikdə 7,5 milyard dollar həcmində gömrük rüsumları tətbiq etmişdi. Avropa İttifaqı isə öz növbəsində noyabr ayında ABŞ-dan alınan illik 4 milyard dollar həcmində kənd təsərrüfatı və sənaye məhsulları üçün yeni tariflər müəyyənləşdirmişdi.