“Türk Hava Yolları” (THY) aviaşirkəti xarici uçuşlara 40 faiz endirim kampaniyasına başlayır.
Azərtac xəbər verir ki, bu barədə THY-nin media müşavirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, dünyanın müxtəlif bölgələrinə səyahət üçün nəzərdə tutulan kampaniya yanvarın 13-15-də alınan və aprelin 1-dən dekabrın 31-nə kimi olan müddəti əhatə edən tarixlərə şamil olunur. Kampaniya Azərbaycan istiqamətində uçuşlara da aiddir.
Satın alınacaq biletlərin qeyd edilən müddət ərzində dəyişdirilməsi mümkün olacaq.