XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

13 Yanvar 2021 - 00:03

Özbəkistan 7 ölkəyə olan beynəlxalq reyslərə məhdudiyyətlərin müddətini uzadıb

Özbəkistan COVID-19-un yeni ştammı ilə bağlı Böyük Britaniya, İtaliya, Danimarka, Avstraliya, Avstriya, Niderland və Cənubi Afrika Respublikasına olan beynəlxalq aviareyslərə (giriş-çıxış və tranzit) məhdudiyyətlərin müddətini fevralın 1-dək uzadıb.

Azərtac Özbəkistanın Koronavirusla bağlı Respublika Qərargahının mətbuat xidmətinə istinadla xəbər verir ki, qadağalar bu ölkələrin vətəndaşlarına, adıçəkilən dövlətlərdə yaşayan, vətəndaşlığı olmayan şəxslərə, həmçinin 14 gün bu ölkələrdə yaşayan digər ölkələrin vətəndaşlarına tətbiq olunur.

Bildirilir ki, son 14 gün bu 7 ölkədə olan, lakin üçüncü dövlətdən Özbəkistana gələn xarici ölkə vətəndaşları karantin mərkəzində və ya otellərdə 14 gün müddətinə karantinə yerləşdiriləcək.