XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2021 - 21:03

ABŞ səfirinə sui-qəsd planlaşdıran İŞİD terrorçusu tutulub

ABŞ-ın Əfqanıstandakı səfirinə sui-qəsd planlaşdıran İŞİD terrorçusu tutulub.

Bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.

Əbdül Vahid adlı terrorçu və onun üç cinayət ortağı ölkənin şərqində Nanqarxar vilayətində Əfqanıstanın Milli təhlükəsizlik direktoratlığının əməkdaşları tərəfindən tutulub.

Bildirilib ki, Əbdül Vahid ABŞ-ın Əfqanıstandakı səfirini və hökumətdəki bir neçə yüksək vəzifəli məmuru qətlə yetirməyə hazırlaşıb/APA.