XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

13 Yanvar 2021 - 10:23

“Boeing”in təyyarə tədarükü 43 illik minimumu yeniləyib- Rəqəmlər

“Boeing” korporasiyası 2020-ci ildə müştərilərə əvvəlki illə müqayisədə təxminən 60% az təyyarə tədarük edib. Bu göstərici son 43 il ərzində ən aşağı göstəricidir.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, ötən ilin dekabr ayında ABŞ korporasiyası müştərilərə 39 avialayner, o cümlədən 27 “737 MAX”, 1 “P-8” dəniz patrul təyyarəsi və 11 geniş gövdəli təyyarə çatdırıb. İl ərzində isə şirkət müştərilərinə cəmi 157 təyyarə çatdırıb. Halbuki 2019-cu ildə “Boeing” 380, 2018-ci ildə isə 806 təyyarə (rekord göstərici) tədarük etmişdi.

Xatırladaq ki, “Boeing” korporasiyasının rəqibi sayılan Fransanın “Airbus” şirkəti 2020-ci ildə 566 təyyarə tədarük edərək dünyanın ən böyük təyyarə istehsalçısı adını qoruyub. Buna baxmayaraq, ötən il “Airbus” təyyarələrinin tədarükü 2019-cu illə müqayisədə 34% azalıb.