XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Yanvar 2021 - 13:03

Rusiyada COVID-19:son sutkada 566 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 22 850 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 471 053 nəfərə çatıb.

Son sutka ərzində 566 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 63 370 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.