“2023 seçkilərində Cümhur İttifaqı olaraq həm məclisdə mütləq çoxluqla təmsil olunacağıq, həm də prezident seçkilərini təkrar qazanacağıq”.
Strateq.az TRT haber-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, 2023-cü il hədəflərinə çatmaq üçün bir an olsun dayanmayacaqlar.
Ərdoğan daha sonra CHP lideri Kamal Kılıcdaroğlunu sərt tənqid edib: “Əgər onun zərrə qədər qüruru varsa, kasetlə (CHP-nin sabiq lideri Dəniz Baykalın seks kaseti ilə istefa verməsinə işarə vurur – red) gəldiyi postdan dərhal istefa verərdi…”.