XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

13 Yanvar 2021 - 21:20

İtaliyada fövqəladə vəziyyətin müddəti uzadılacaq –Koronavirusa görə

İtaliya hökuməti yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq etdiyi fövqəladə vəziyyət rejiminin müddətini uzadacaq.

Bu barədə ölkənin səhiyyə naziri Roberto Speranza bildirib.

“Ötən həftə epidemiya ilə bağlı ümumi vəziyyətin ağırlaşmasının şahidi olduq. Biz infeksiyaya yoluxmanın artdığı mərhələyə yenidən qayıtmışıq. Göstəricilərin kəskinləşdiyini nəzərə alaraq hökumət fövqəladə vəziyyət rejiminin müddətinin aprelin 30-dək uzadılmasını müvafiq hesab edir”, – deyə səhiyyə naziri parlamentin aşağı palatasında çıxışında deyib. 

Qeyd edək ki, fövqəladə vəziyyətin müddəti bu ayın sonunda bitir.

Xatırladaq ki, İtaliyada fövqəladə vəziyyətlə bağlı ilk qərar 2020-ci ilin yanvarında verilib/APA.