XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 20:09

Dünyanı yeni buz dövrü təhlükəsi gözləyir

Antarktidada əriyən aysberqlər zəncirvari bir reaksiyaya səbəb ola bilər ki, bu da Yer kürəsini yeni buz dövrü ilə üz-üzə qoyacaq.

APA xəbər verir ki, bu barədə “Daily Mail” Kardiff Universitetinin tədqiqatçılarının məlumatlarına istinadən yazır.

Alimlər əriyən aysberqlərin tədricən təmiz suyun Atlantik okeanına axdığını qeyd edirlər. Bu proses dünya okeanının sirkulyasiyasında dəyişikliklərə səbəb olur ki, nəticədə dünyanı yeni bir iqlim soyuması təhlükəsi gözləyə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, aysberqlərin əriməsi ilə okeanların dövriyyəsi arasında əlaqə son 1,6 milyon il ərzində hər buz dövrünün başlanğıcında mövcud olub.

Bundan əvvəl elm adamları buzlaqların əriməsi və qlobal istiləşmənin digər fəsadlarının dünya okeanı səviyyəsinin tədricən artmasına gətirib çıxaracağı və nəticədə insan tərəfindən mənimsənilən sahil zolaqlarının su altında qalacağı təhlükəsi barədə xəbərdar ediblər.