XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2021 - 00:27

NATO-nun Baş katibi:"Seçkilərin nəticələrinə hörmət göstərilməlidir"

“Vaşinqtonda Kapitoliya binasına basqınla əlaqədar bütün məsuliyyət daşıyanların cəzalandırılması vacibdir”.

Bunu NATO-nun Baş Katibi Yens Stoltenberq Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Qazvani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Hadisənin qəbuledilməz olduğunu deyən Stoltenberq ABŞ-ın demokratik qurumlarının bunun öhdəsindən gələcəyinə əminliyini ifadə edib: “Seçkilərin nəticələrinə hörmət göstərilməlidir. Demokratik dəyərlərimizə hörmət göstərilməsini təmin etmək üçün hər şeyi etməliyik”.

Baş Katib əlavə edib ki, NATO-ya çox sadiq olan ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Biden ilə işləmək istəyindədirlər/APA.