XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 15:54

İranda COVID-19:ötən sutkada 83 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 83 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 56 621 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6485 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 318 295 nəfərə yüksəlib.

Koronavirus daşıyıcılarından 4 415 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 107 011 nəfər koronavirusdan sağalıb. (apa)