XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 20:04

Gürcüstanda əhalinin 60%-nə peyvənd vurulacaq

Gürcüstanda  kollektiv immunitetin yaradılması məqsədi ilə əhalinin 60%-nə COVİD-19 peyvəndinin vurulması planlaşdırılır.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, klinik tədqiqatların olmamasına görə peyvənd 18 yaşdan aşağı şəxslərə vurulmayacaq.

Qamkrelidze həmçinin qeyd edib ki, vaksinasiya proqramı üçüntəxminən 170 milyon lariyədək büdcə ayrılması planlaşdırılır.

Qeyd edək ki, Gürcüstanda ilk mərhələdə “Pfizer” və “AstraZeneca” vaksinlərinin tətbiqi nəzərdə tutulur. Ölkədə kütləvi peyvəndləməyə cari ilin birinci rübündə başlanması planlaşdırılır. (apa)