XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 18:35

Almaniyada karantini pozanlar üçün təcridxana yaradıla bilər –KİV

Almaniyanın Saksoniya əyalətində koronavirusla bağlı tələbləri dəfələrlə pozan şəxsləri məcburi qaydada təcrid etmək üçün mərkəz yaradılacaq.

“Bild” xəbər verir ki, bu məqsədlə 2017-ci ildə Drezden şəhərində tikilmiş qaçqınların ilkin qəbulu mərkəzinin binasından istifadə etmək nəzərdə tutulur.

Ötən ilin yazında Saksoniyanın səhiyyə naziri Petra Köppinq karantini pozanları psixiatriya xəstəxanalarında yerləşdirməyi təklif etmişdi, lakin qəbul olunmamışdı. (report)