XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 18:46

“Tokio olimpiadasının ləğv olunma ehtimalı istisna edilmir” –Nazir 

Yaponiyanın İnzibati və Normativ İslahatlar naziri Taro Kono Tokio Yay Olimpiya Oyunlarının ləğvi ehtimalını etiraf edib.

Nazir hər hansı ssenarini istisna etmədiyini vurğulayıb.

“Bütün ssenarilərin mümkün olduğunu söyləməliyəm. Beynəlxalq Olimpiya Komitəsi B və C Planı barədə düşünməlidir. Vəziyyət çətindir. Əlavə planları olmalıdır”, – deyə Kono bildirib.

Daha əvvəl yarışın Təşkilat Komitəsinin icraçı direktoru Tosiro Muto “Tokio-2020″nin təxirə salınacağı barədə xəbərləri təkzib edib. Hazırda Yaponiyada 11 vilayətdə koronavirus infeksiyalarının sayının artması səbəbindən fövqəladə rejim tətbiq olunur.

Qeyd edək ki, Tokio-2020 bu il 23 iyul – 8 avqusta təxirə salınıb. (report)