XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 18:24

Əsgər Mamin yenidən Qazaxıstanın Baş naziri seçilib

Əsgər Mamin yenidən Qazaxıstanın Baş naziri seçilib.

Qazaxıstan parlamenti Əsgər Mamini ölkənin Baş naziri postuna təsdiqləyib. 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ə. Maminin Baş nazir təyin edilməsi ilə bağlı fərman imzalayıb.

Qeyd edək ki, Əsgər Mamin müxtəlif illərdə Astananın meri, nəqliyyat və kommunikasiya nazirinin müavini, sənaye və ticarət nazirinin müavini və nəqliyyat və kommunikasiya naziri kimi müxtəlif postlarda çalışıb. 2016-cı ilin sentyabrında Qazaxıstan Baş nazirinin müavini postuna təyin olunub. 2019-cu ilin fevralında isə o, Qazaxıstan Prezidentinin qərarı ilə ölkənin baş naziri təyin olunub. (apa)