XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 20:59

“Pfizer” Avropaya peyvənd tədarükünü azaldır

ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti koronavirusa qarş peyvəndin Avropaya tədarükünü gələn həftədən müvəqqəti olaraq azaldacaq.

“Report” DW-yə istinadən xəbər verir ki, bu barədə Norveç İctimai Səhiyyə İnstitutu bildirib.

Qurumun açıqlamasında “Pfizer”in illik istehsal gücünü 1,3 milyard dozdan 2 milyard dozayadək artırmağı qarşıya məqsəd qoyaraq texnoloji dəyişikliklər apardığı göstərilir.

“Biz gələn həftəyə “Pfizer”dən 43 875 dərman dozunu gözləyirdik. Artıq belə görünür ki, 36 075 doz alacağıq”, – deyə bəyanatda qeyd olunur.

“Pfizer” şirkətinin əvvəlki istehsalat gücünə nə vaxt qayıdacağının hələlik müəmmalı olduğu da vurğulanıb.