XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 21:58

Türkiyə XIN rəhbəri:“Ankara Bayden dönəminə hazırlaşır”

“Ankara Bayden dönəminə hazırlaşır. Ümid edirəm ki, Tramp dönəmindən qalan PKK/PYD kimi problemlər Bayden dönəmində həllini tapar”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

Cavuşoğlu ABŞ-ın yeni Prezidenti Co Bayden dövründə Türkiyə-ABŞ münasibətlərinin müsbət istiqamətə yön alması üçün yol xəritəsinin hazırlandığını bildirib: “Biz qərəzli deyilik, amma həqiqətlər nədir, onlardan da xəbərdarıq. ABŞ-la əlaqələrimizə ən pis təsir edən məsələ terror təşkilatı PKK/YPG-yə verilən dəstəkdir. Onların da S-400-lə bağlı bizimlə problemi var. Prezident Tramp vəzifəsindən getmədən öncə sanksiya qərarı verdi. Baxacağıq görək proses necə davam edəcək. “İşçi qrupu yaradıb, NATO ilə işləyək” təklifimizi də yeniləməyi nəzərdə tuturuq”. (apa)