XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 22:10

Əfqanıstan və İraqdakı ABŞ qoşunlarının sayı son 20 ildə ən aşağı həddə düşüb

Əfqanıstan və İraqdakı ABŞ qoşunlarının sayı bu ölkələrdə müharibələrin başladığı vaxtdan bəri ən aşağı səviyyəyə düşüb.

APA-nın “France Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Kris Miller bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, Əfqanıstan və İraqda qoşun sayı ayrı-ayrılıqda 2500-ə endirilib və bu, son 20 ildə ən aşağı rəqəmdir.

K.Miller deyib ki, hər iki ölkədə sülh yolunda irəliləyiş ABŞ və onların tərəfdaşlarına bu ölkələrdəki qoşun sayında ixtisarlara imkan verir: “Bu gün ABŞ iyirmi illik müharibəni sona çatdırmağa və siyasi həllə, uzumüddətli hərtərəfli atəşkəsə nail olmaq üçün Əfqanıstanın liderlik etdiyi sülh prosesini qarşılmağa hər zamankindən daha yaxındır”.

O bildirib ki, ordunun sayının daha da azaldılması Əfqanıstan hökuməti və Taliban arasındakı sülh danışıqlarının irəliləməsindən asılıdır: “Müdafiə Departamenti 2021-ci ilin may ayına qədər bu ölkələrdə ABŞ əsgərlərinin sayının sıfıra endirilməsi istiqamətində çalışmağa davam edəcək bununla elə bu cür ixtisarlar şərtlərə əsaslanan olaraq qalır”.

Müdafiə nazirinin vəzifələrini icra edən K. Miller İraqda ABŞ qüvvələrinin azaldılmasını bu ölkədə təhlükəsizlik qüvvələrinin artan bacarıq və imkanları ilə əlaqələndirib.

Bununla yanaşı, o, ordu sayının azaldılmasını ABŞ siyasətindəki dəyişikliyi əks etdirmədiyini deyib.
“ABŞ və koalisiya qüvvələri İŞİD-i tamamilə məğlub etmək üçün İraqda qalır. Tərəfdaş qüvvələri havadan və kəşfiyyatla dəstəkləmək üçün İraqda terrorla mübarizə platformamız olmağa davam edəcək”, ABŞ rəsmisi bildirib.