XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 00:12

ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib –Səbəb

ABŞ Kubanın Daxili İşlər naziri Lasaro Alberto Alvares Kasası və onun rəhbərlik etdiyi nazirliyin adını sanksiya siyahısına salıb.

Bu barədə Birləşmiş Ştatların Maliyyə naziri Stiven Mnuçin məlumat verib.

Onun sözlərinə görə, nazir insan haqlarının pozulmasında və korrupsiyada ittiham olunur: “ABŞ Kubadakı insan haqları ilə bağlı ağır vəziyyəti nizama salmaq üçün mövcud olan bütün vasitələrdən istifadə etməyə davam edəcək”.

Yeni qərarlara əsasən Amerika vətəndaşlarının artıq qara siyahıdakı şəxslə və ya Kuba nazirliyi ilə hər hansı iş görməsi qadağan olunur. Əgər belə hal aşkarlanarsa həmin şəxs əmlakı müsadirə edilməklə həbs ediləcək/Report.