XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 00:07

ABŞ Çinə qarşı sanksiya siyahısını genişləndirib –Honkonq məsələsinə görə

ABŞ Honkonqdakı vəziyyətlə əlaqədar bir neçə Çin vətəndaşını sanksiya siyahısına daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumatda qeyd olunub.

Ümumilikdə siyahıya altı nəfər daxil edilib. Onların arasında Çin vətəndaşları da var. Bundan başqa, Honkonq Polis Komissarının müavini Frederik Çoi də sanksiya ilə üzləşib.

ABŞ son zamanlarda ÇXR-ə və Çin Kommunist Partiyasının rəsmilərinə qarşı azlıqlara zülm, insan haqlarının pozulması, Honkonq muxtariyyətinin pozulması və bu kimi digər bəhanələrlə sanksiyalar tətbiq edib, buna bənzər bir sıra addımlar atıb. Çin isə öz növbəsində ABŞ-ın bütün ittihamlarını rədd edir. (apa)